Rusiya, əslində, Xarkov uğrunda döyüşdə məğlub olub, o, şəhəri tuta bilməyib və bundan xəbəri var.
"Unikal" xəbər verir ki, bunu Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinegubov deyib.
"Onun bir istiqaməti qalıb - Kupyanskdan, İzyumdan keçərək, qoşunlarını Luqansk və Donetsk vilayətlərinə yönləndirmək, bu istiqamətdə hərbi mövcudluğunu artırmaq üçün. Bununla belə, Silahlı Qüvvələrimiz orada da öz mövqelərini saxlayır, şiddətli döyüşürlər. Düşmən hər gün çoxlu sayda canlı qüvvə, təyyarə və zirehli texnika itirir", - Sinegubov əlavə edib.
Merin sözlərinə görə, indiyədək bölgədə döyüşlər dayanmayıb, lakin işğalçıların uğur qazanmaq şansı yoxdur.