İnfarkt keçirdiyi deyilən Şoyqu DANIŞDI

DÜNYA
16:05 / 19.04.2022
1574

İnfarkt keçirdiyi iddia edilən Rusiyanın müdafiə naziri Sergey Şoyqudan xəbər var.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, o, bu gün Ukraynadakı son vəziyyətlə bağlı açıqlama yayıb. 

Belə ki, Şoyqu açıqlamasında Rusiyanın həyata keçirdiyi əməliyyatla Ukraynanın şərqini azad etməyə çalışdığını ifadə edərək, “Donetsk və Luqansk Xalq Respublikalarını azad etmək planımızı mərhələli şəkildə həyata keçiririk”, - deyib.

Qərbi Kiyevə silah tədarük edərək münaqişəni uzatmaqda ittiham edən Şoyqu, “ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatını uzatmaq üçün hər şeyi edir” - deyə  vurğulayıb.

1