Ukrayna və Rusiya 5-ci dəfə əsir dəyişdirib.
"Unikal" xəbər verir ki, bu barədə baş nazirin müavini İrina Vereşçuk məlumat yayıb.
"Bu gün 10-u zabit olmaqla 60 hərbçini dəyişdirdik. 16 mülki şəxs də evlərinə qayıdır", - məlumatda deyilir.
Qeyd edək ki, aprelin 14- də prezident Vladimir Zelenskinin sərəncamı ilə Rusiya ilə dördüncü məhbus mübadiləsi həyata keçirilib və bu zaman 30 ukraynalı azad edilib.