İndoneziyada təşkil olunacaq G-20 zirvəsinin sözçüsü tanınmış müğənni Ayunda Faza Maudya olub.
Hit.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Lakin 27 yaşlı müğənninin sözçü təyin olunması ölkədə birmənalı qarşılanmayıb. Onun diplomatik təcrübəsinin olmadığı qeyd olunub. Xarici KİV-lərin məlumatına görə, Ukraynada müharibənin davam etdiyi bir vaxtda rəsmilər G20 zirvəsini diqqətçəkən etmək üçün belə həmlə edib.