Nazir öldürücü COVİD ştammı ilə bağlı xəbərdarlıq etdi, tənqid hədəfinə çevirildi

18:32 / 19.04.2022
737

Almaniyanın Səhiyyə naziri Karl Luterbax öldürücü koronavirus variantı xəbərdarlığına görə tənqid atəşinə tutulub. 

Qaynarinfo "The local” saytına istinadlən xəbər verir ki, nazir bu barədə "Bild" qəzetinə müsahibəsində danışıb.

 

Karl Luterbax müsahibəsində payızda koronavirusun daha öldürücü ştammının ortaya çıxması ilə bağlı xəbərdarlıq edib. Buna görə də Almaniyanın daha çox maska və koronavirus vaksinləri ehtiyatı yığmasının vacibliyini vurğulayıb.

"Omikron" variantının bir neçə subvariantı peyda olur ki, hazırda məni narahat edir. Yeni variantların yaranması arasında intervallar hər keçən gün daha da qısalır ki, bu da bizim yeni mutasiyalara daha az hazırlıqlı olmağımız deməkdir".

Gələcək aylarda koronavirusun daha təhlükəli variantlarının yarana biləcəyi ehtimalından danışan Luterbax belə deyib: "Mümkündür ki, "Delta" qədər öldürücü olan daha keçirici "Omikron" variantı ilə üzləşək. Bu, tamamilə öldürücü variant olacaq”.  

Müsahibənin ardınca bir çox yoluxucu xəstəlik ekspertləri naziri daha yumşaq ton seçməyə çağırıblar. 

Virologist Henrik Strik bildirib ki, "Omikron" qədər keçirici və "Delta qədər təhlükəli variantın ortaya çıxması mümkünsüz deyil, ancaq bu "öldürücü variant” olmaqdan uzaqdır.

Başqa bir ekspert Kristine Aşçenberq Duqnus isə bildirib ki, indiki mərhələdə daha təhlükəli COVİD variantlarının müzakirəsi məqsədə uyğun deyil. Viruslar mutasiya edir, ancaq heç kim deyə bilməz ki, daha təhlükəli olacaq.

 

 

0