Rusiya bir gecədə Ukraynaya 1053 zərbə endirib

DÜNYA
14:14 / 20.04.2022
1020

Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını, Rusiyanın hava hücumundan müdafiə sistemləri isə Donbasda havada iki Toçka-U raketini vurub.

HİT.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general İqor Konaşenkov açıqlayıb.

O bildirib ki, ötən gecə Rusiya raket və artilleriya qoşunları Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib.

"Yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin 40-a qədər canlı qüvvəsi və Novovorontsovka və Kiselevka rayonlarında 7 texnikası vurulub. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib". //gundem.az

1