Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 9 mini ÖTDÜ

DÜNYA
14:41 / 20.04.2022
999

Ukraynaya hücumuna görə Rusiyaya tətbiq edilən sanksiyaların sayı 9722-yə çatıb.

HİT.az xəbər verir ki, "castellum.ai" qlobal sanksiyaların monitorinqi bazasının məlumatlarına əsasən, Rusiya fevralın 22-dən etibarən 6918 yeni sanksiyaya məruz qalıb. Bununla da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 9722-yə çatıb.

Sanksiyalar maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət sahələrini əhatə edir.

Dünyanın ən çox sanksiya tətbiq etdiyi 7 ölkənin yer aldığı siyahıda 651 sanksiya ilə Venesuela, 510 sanksiya ilə Myanma , 208 sanksiya ilə Kuba da yer alır.

0