Ukrayna 4 günlük atəşkəsə RAZILAŞDI

22:02 / 20.04.2022
1417

Ukrayna BMT Baş katibinin Pasxa atəşkəsi barədə təklifi ilə razılaşdığını açıqlayıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT-nin baş katibi Antoniu Quterreş xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar aprelin 21-dən Ukraynada dörd günlük atəşkəs çağırışı edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya davamlı silah tədarükünü nəzərə alaraq təklifi tənqid edib. /Modern.az

Antonio Quterreş hesab edir ki, Mariupol, Xerson, Donetsk və Luqanskda humanitar dəhlizlərin açılması üçün barışıq lazımdır. Avropa İttifaqı bu təklifi dəstəkləyib.

0