Rusiyanın Müdafiə Nazirliyi "Sarmat” qitələrarası ballistik raketinin uçuş sınağına dair video yayıb.
HİT.az xəbər verir ki, videoda raketin şaxtadan qalxaraq hədəfə yönəldiyi görünür.
Nazirlik bildirib ki, "Sarmat” qitələrarası ballistik raketi Arxangelsk vilayətindəki kosmodromdan buraxılıb. Təlim döyüş başlıqları Kamçatkadakı poliqona çatıb.