UŞAĞIN YUXUSUNA görə müəllim dərsini itirdi - FOTO

DÜNYA
19:57 / 22.04.2022
1438

Britaniyada 10 ildən artıq ibtidai sinif müəllimi işləyən Silvain Helenin dərsləri əlindən alınıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb azyaşlı şagirdin müəllimi yuxusunda görməsi olub.

Valideynin dediklərinə görə, uşaq yuxudan qışqıraraq ayılıb: “Oğlum mənə yuxuda gördüklərini söylədi. O, müəllimini yuxuda görüb və dəhşətli dərəcədə qorxub”. 

Bu səbəbdən valideyn məktəb direktoruna şikayət edib və Helenin ibtidai sinfə dərs deməsi qadağan olunub.

Qeyd edək ki, müəllimin qorxunc təsir bağışlaması onun sifətinə, bədəninə, hətta dilinə döymə vurdurmasıdır. O, azı 460 saat döymə salonunda olub. 

Hazırda Helen altı yaşından yuxarı məktəblilərə dərs deməyə davam edir və xarici görünüşünün tələbələrə faydalı təsir göstərdiyini iddia edir. “Mənim siniflərimdəki uşaqlar başqalarına qarşı dözümlü olmağı öyrənirlər. Yetkin olduqdan sonra irqçilik və ya homofobiyaya daha az meylli olacaqlar”.

0