Rusiya prezidenti Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırovla qoşunlarının döyüş hazırlığı ilə bağlı çox xoşagəlməz söhbəti olub. Söhbət Kiyev yaxınlığındakı işğalçı qoşunların tərkibində "Kadırovtsılar"ın məğlubiyyətindən sonra olub.
Hit.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Onlardan ən azı 10 500 nəfər ("kadırovçular") Kiyev yaxınlığında idi; xüsusilə Buçada, bu, mənim dəqiq gördüyüm rəqəmdir. Təxminən bir o qədər də Mariupol yaxınlığında idi. Onların nə qədəri ora Kiyev yaxınlığından gəlib və nə qədər olduğunu ayrı-ayrılıqda söyləmək çətindir. Ümumilikdə deyə bilərik ki, onlar 25 minə yaxın idilər - təkcə Çeçenistandan deyil, ümumilikdə Qafqaz respublikalarından", - deyə Arestoviç bildirib.
Qeyd olunub ki, plana görə, onlar Kiyevi ələ keçirməli idilər, lakin paytaxt ətrafındakı əməliyyat bölgələrində "kadırovçular"ın kolonları ən azı üç dəfə dağıdılıb. Arestoviç bildirib ki, ukraynalı topçular və pilotlar eyni anda 30-40 maşına atəş açıblar. Kadırovun qoşunları da Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə toqquşmadan sonra yerüstü pusqulara düşüb və ciddi itki veriblər.
Söhbət Kiyev yaxınlığında işğalçıların məğlubiyyətindən sonra olub.
"Bizim qoşunlarla döyüşə girmədən, sadəcə aviasiya və artilleriya zərbələrindən sonra onların əhval-ruhiyyəsi dərhal aşağı düşdü. Əldə etdiyimiz məlumata görə, sonra Kadırovun Putinlə real döyüş qabiliyyəti barədə çox xoşagəlməz söhbət olub", - deyə Aretsoviç davam edib.
Daha sonra "kadırovçular" Mariupola köçürülüb. Kadırov şəxsən ora general-leytenant rütbəsi aldığına görə, öz qoşununun qarşısında çıxış etmək üçün gəlib. Arestoviçin dediyinə görə, bundan sonra "kadırovçular" döyüşlərdə iştirakının sübutu kimi səhnələşdirilmiş videolar çəkməyə başlayıb.
Bildirilib ki, döyüşlərdə 5 min "kadırovçu" öldürülüb.
Qeyd edək ki, Kadırovun ordusu nəinki Ukraynda, hətta Rusiyada belə "Tik-Tok döyüşçüləri", yaxud "TikTokerlər" adlandırılırlar.