Türkiyənin Muğla vilayətinin Datça rayonunda 3,6 bal gücündə zəlzələ olub.
HİT.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, rayona 171,41 kilometr məsafədə - Aralıq dənizində baş verən zəlzələ Yazı, Yaka, Cumalı, Sındı və Məsudiyə məhəllələrində hiss edilib.
Yeraltı təkanın dərinliyi 13,4 kilometr olub. İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.