Dünyanın ən yaşlı qadını öldü

23:02 / 25.04.2022
856

Dünyanın ən yaşlı insanı hesab edilən yaponiyalı Tanaka Keyn 119 yaşında vəfat edib.

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2019-cu ilin mart ayında "dünyanın ən yaşlı insanı" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Fukuoka ştatında qocalar evində yaşayan Tanaka üz mimikaları ilə işçilərlə ünsiyyət qurub. Onun tapmacaları həll etmə bacarığının olduğu, qazlı içkilərdən istifadə etdiyi bildirilir.

Tanakadan əvvəl dünyanın ən yaşlı insanı 2018-ci ilin iyulunda 117 yaşında vəfat edən Çiyo Miyako idi.

“Ginnesin Rekordlar Kitabı”na görə, dünyanın ən uzun yaşayan insanı 1997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Jeanne Louise Calmentdir.

0