Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Şeyx Mənsur və Dudayevin batalyonları”nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.
O, bu barədə özünün Teleqram kanalında qeyd edib.
"Bu Şeyx Mənsur və Dudayev adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar (bağışlamağa hazır olan xeyriyyəçi var) elan edirəm... Onları əldən verməməliyik, məhv etməliyik. Diz çöküb bütün müsəlmanlardan bağışlanma diləməli və ya başları getməlidir”, - Kadırov audiomüraciətində bildirib.
Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər "Şeyx Mansur batalyonu” və "Cahar Dudayev batalyonu” yaradaraq ruslara qarşı döyüşürlər. //sfera.az