Rusiyanın Ukrayna əhalisi ilə bağlı PLANI BUDUR

DÜNYA
17:04 / 26.04.2022
1464

"Rusiya Ukraynanın mülki əhalisinin ağır vəziyyətini yüngülləşdirmək üçün BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq etmək niyyətindədir".

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib:

"Rusiya və BMT işçi qrupu yaradıb və bu qrup Rusiya Müdafiə Nazirliyinin bazasında - Moskvada yerləşir. BMT nümayəndələri humanitar yardımın çatdırılmasını təhlükəsiz təşkil etməyə kömək edən konkret tədbirlər haqqında razılığa gəliblər. BMT-nin humanitar məsələlər üzrə qüvvələri artıq beş belə konvoyu Ukraynanın müxtəlif bölgələrinə göndərməyə nail olublar" - deyə nazir qeyd edib. 

0