Rusiyalı iş adamı Yuri Milner ukraynalı qaçqınlara 100 milyon dollar yardım edəcək.
Hazırda Kaliforniyada yaşayan “Mail.Ru Group”un direktorlar şurasının keçmiş sədri aktivlərinə görə yaman qorxuya düşüb.
Məlumata görə, milyonçu özü və həyat yoldaşı Yuliyanın təsis etdiyi beynəlxalq “Breakthrough Prize” fondu vasitəsilə müharibədən zərər çəkmiş ukraynalı qaçqınlara dəstək olacaq.
Bundan əlavə, Yuri Milner Fondunun sərmayədarı olduğu şirkətlər (“Airbnb”, “Spotify”, “Flexport”) xeyriyyə tədbirində iştirak edəcəklər.