ABŞ Dövlət katibindən Rusiyaya tətbiq olunan sanksiyaların ləğvi barədə açıqlama

01:36 / 29.04.2022
2106

ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.

Hit.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

“İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudioyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir”, - deyə Blinken qeyd edib.

Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.

0