İndoneziya prezidenti Vidodo Zelenskinin silah tədarükü tələbini rədd edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Zelenski İndoneziya hakimiyyətinə Ukraynaya silah verilməsi xahişi ilə müraciət edib, lakin prezident Coko Vidodo bundan imtina edib.
Vidodo Zelenskiyə bildirib ki, İndoneziya konstitusiya mandatı və xarici siyasət prinsiplərinə uyğun olaraq xarici ölkələrə hər hansı hərbi dəstək vermək qadağandır.