Diqqət! Qanda şəkəri artıran qidaların adı açıqlandı

11:13 / 02.05.2022
1561

Həkimlər qan şəkərini kəskin şəkildə artıran məhsulların adını açıqlayıb.

Lent.az xəbər verir ki, endokrinoloqu və dietoloqu Oksana Mixaleva bildirib ki, yüksək glisemik indeksli qidaların müntəzəm istehlakı maddələr mübadiləsini pozur.

Həkimin sözlərinə görə, təkcə şirin deyil, həm də şəkərsiz qidalar belə bir prosesə səbəb ola bilər. 

“Yüksək glisemik indeksli qidaların müntəzəm istehlakı maddələr mübadiləsini pozur, aclığı sürətləndirir və piylənməni aktivləşdirir.

Bundan əlavə, yüksək glisemik indeksli qidalar 2 tip diabetin inkişafına səbəb olur",- deyə Mixaleva bildirib.

Yüksək glisemik indeksli qidalar (70 vahiddən) şirniyyatlar, buğda unundan hazırlanan xəmir məmulatları, düyü, kartof, əriştə, hazır sıyıq, qazlı içkilər və s. üçün xarakterikdir. 

Bu qrupa qarpız, yemiş və yerkökü kimi meyvə və tərəvəzlər də daxildir. 

Aşağı glisemik indeksli qidalar isə paxlakimilər, tərəvəz, giləmeyvə və şəkərsiz meyvələrdə var.

0