Bu ölkə Rusiyanın 170 senatorunu "qara siyahı"ya saldı

DÜNYA
14:14 / 02.05.2022
1040

Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib. 

Hİt.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat yayıb. Bildirilir ki, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB düşüb.

0