Türkiyə MN: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb"

DÜNYA
15:55 / 03.05.2022
1327

İraqın şimalındakı "Pençe-Kilit" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb.

Hit.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

"Pençe-Kilit" əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Terrorçuların sığınacaqları məhv edilir. Ərazidə daha 2 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb", - paylaşımda bildirilib.

0