Putin və Makron arasında telefon danışığı OLDU

DÜNYA
17:03 / 03.05.2022
1113

Fransa Prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

HİT.az xarici mediaya istinadən xəbər verir ki, prezidentlərin söhbəti iki saatdan artıq davam edib.

Bu, liderlər arasında Makronun aprelin 24-də ikinci müddətə prezident seçilməsindən sonra ilk telefon danışığıdır.

Xatırladaq ki, bundan əvvəl Fransa və Rusiya prezidentləri martın 29-da telefonla danışıblar. Ötən şənbə günü Makron Ukrayna lideri Volodimir Zelenski ilə əlaqə saxlayıb.

0