""Moskva" kreyserini ABŞ batırıb" - Yeni təfərrüatlar açıqlandı

DÜNYA
11:51 / 06.05.2022
1132

Rusiyanın batan gəmisi ilə bağlı təfərrüat ortaya çıxıb.

HİT.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Qara dənizdəki flaqmanı "Moskva” kreyserinin Ukrayna tərəfindən necə vurulduğu hələ də maraq doğursa da, gəminin batması ilə bağlı ABŞ kəşfiyyatından yeni iddia irəli sürülüb.

NBC xəbər kanalının verdiyi xəbərdə ABŞ kəşfiyyatının paylaşdığı kəşfiyyat məlumatlarında Ukrayna ordusunun Rusiya kreyser gəmisi Moskvanı batırmasına kömək etdiyi iddia edilib.

Hücumun Ukrayna qüvvələrinin amerikalılara Odessanın cənubunda Qara dənizdə üzən gəmi ilə bağlı sual verməsindən sonra baş verdiyi iddia edilib və ABŞ kəşfiyyatı həmin gəminin Moskva olduğunu təsbit edib onun yerini təsdiqləməyə kömək etdiyi, daha sonra isə ukraynalıların gəmini hədəf aldığı bildirilib. Digər tərəfdən, ABŞ-ın Ukraynanın Moskvanı hədəf alacağını əvvəlcədən bilmədiyi və hücum qərarına müdaxilə etmədiyi də iddia edilib.

Qeyd edək ki, 510 nəfərlik ekipajı olan idarə olunan raket kreyseri "Moskva” Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi və İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisi idi. //azxeber

0