Rusiya nüvə silahından istifadə edəcək? - Dövlət rəsmisi AÇIQLADI

DÜNYA
14:40 / 06.05.2022
1320

"Rusiya Ukraynada keçirilən xüsusi əməliyyatlar zamanı nüvə silahından istifadə etmək niyyətində deyil".

32gun.az xəbər verir ki, bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

"Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, hərbi xüsusi əməliyyatın tapşırıqlarına uyğun gəlmir. Nüvə silahından mümkün istifadəmizin ssenariləri Rusiyanın doktrinal sənədlərində aydın şəkildə yazılıb. Onlar Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə şamil edilmir", - deyə, o bildirib.

“Rusiya nüvə silahını işə salmamaq prinsipinə qətiyyətlə riayət edir”.

"Rusiya rəsmiləri dəfələrlə nüvə silahı ilə bağlı mövzular haqqında ətraflı şərhlər veriblər. Xüsusilə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son bəyanatlarında, ilk növbədə, nüvə silahının qəbuledilməzliyi ilə bağlı əldə olunan anlaşmaya ciddi riayət edilməsinin vacibliyini vurğulayıb". - Zaytsev bildirib.

0