\"Lukaşenko \"LDNR\"-i tanımağa hazırlaşır\"

15:15 / 06.05.2022
754

"Belarus Prezidenti Aleksandr Lukaşenko öz nümayəndə heyətini Rusiyanın nəzarətində olan Donbas rayonlarına göndərməyə hazırlaşır və bunu Kremlin kvazi qurumları kimi tanıyır".

HİT.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən "Kanal 24" məlumat yayıb.

İddialara görə, səfər zamanı belaruslu nümayəndələr “LDNR”nin tanınması haqqında saziş imzalayacaq və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni dəstəkləməyə rəsmi olaraq dəstək verəcəklər. Lukaşenkonun özü isə orada olmayacaq.

Üstəlik, iddialara görə, belarus nümayəndələrinin Mariupoldakı “parada” getmə ehtimalı da var. //unikal

1