Daha bir ölkədə uşaqlar arasında naməlum mənşəli hepatit virusu yayılır

DÜNYA
15:55 / 06.05.2022
1045

Argentinada səkkiz uşaqda naməlum mənşəli hepatit şübhəsi müəyyən edilib.

HİT.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Testlər və epidemioloji araşdırmalar aparılır - xəstələrə son diaqnoz qoyulmayıb.

Nazirlikdən bildirilib ki, bunlar ayrı-ayrı hadisələrdir və onlar arasında heç bir əlaqə yoxdur.

Səhiyyə Nazirliyi həkimlərə tövsiyə edir ki, simptomlar virus hepatiti (A, B, C, D və E) üçün mənfi nəticəli testlər olan hepatitə uyğun gələn halı şübhəli kimi təsnif etsinlər. Bu xəstələrin tədqiqinə adenovirusun aşkar edilməsini də daxil etmək tövsiyə olunur.

Aprelin 23-də Ümumdünya Səhiyyə Təşkilatı 12 ölkədə uşaqlar arasında naməlum mənşəli kəskin hepatitə yoluxma halları barədə məlumat verib. (oxu)

0