İşsiz qadın karantini telefon köşkündə keçirdi

16:18 / 06.05.2022
1008

Çinin Şanxay şəhərində evsiz bir qadın iti ilə birlikdə karantin müddətini telefon köşkündə keçirib.

HİT.az xəbər verir ki, hadisə vətəndaşlardan birinin həmin qadının şəklini çəkib sosial şəbəkələrdə paylaşması ilə ortaya çıxıb. 

Araşdırmalar zamanı məlum olub ki, 50 yaşlı qadın pandemiya səbəbi ilə işsiz qalıb. Daha sonra kirayə pulunu ödəyə bilmədiyi üçün 1 ay telefon köşkündə yaşamağa məcbur olub. 

1