Google Play Rusiyadakı tərtibatçılara ödənişli proqramlarla bağlı qadağa tətbiq edib.
32gun.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Belə ki, Google mayın 5-dən etibarən Rusiyadakı tərtibatçılara Google Play-də ödənişli proqramları yükləməyi və yeniləməyi qadağan edib.
Qeyd edək ki, mart ayında Google, ölkədə Visa və Mastercard ödəniş sistemlərinin dayandırılmasından sonra Rusiyadan olan istifadəçilər üçün Google Play proqramlar mağazasında alışların dayandırıldığını elan etmişdi.