"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək".
HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə bildirib.
"Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, - o vurğulayıb.