Makron ikinci müddətə prezident kimi and içib

DÜNYA
13:52 / 07.05.2022
932
Fransanın yenidən seçilən Prezidenti Emmanuel Makron and içib. “Report” TASS-a istinadən xəbər verir ki, andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib. O, bununla daha 5 il ölkəyə rəhbərlik edəcək. Makron rəsmi şəkildə mayın 14-də səlahiyyətlərinin icrasına başlayacaq. Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.
0