Lukaşenko bu ölkəni Rusiya ilə HƏDƏLƏDİ

DÜNYA
17:21 / 09.05.2022
1339

Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın ölkəyə mümkün hücumundan danışıb.

32gun.az xəbər verir ki, o, belə bir cəhd olacağı təqdirdə Varşavanın "buynuzlarını qırmaqla" hədələyib.

Lukaşenko qeyd edib ki, Belarus sülhsevər ölkədir, lakin onunla güclü mövqedən danışmağa dəyməz.

Həmçinin o, Belarusun arxasında nüvə dövləti olan Rusiyanın dayandığını, Moskva ilə Minsk arasında müdafiə və təhlükəsizlik sahəsində razılaşmaların olduğunu da xatırladıb.

Qeyd edək ki, Lukaşenko bir qədər əvvəl bəyan etmişdi ki, Belarus Ukraynada hərbi xüsusi əməliyyatda iştirak etməyəcək, çünki buna “ehtiyac yoxdur”.

Onun sözlərinə görə yalnız Minsk Moskvanı dəstəkləyir, eyni zamanda “50-yə qədər dövlət birləşmiş qüvvələrə qoşulub” və Ukrayna tərəfində vuruşur.

1