Müharibə bu tarixə kimi davam edəcək - Rusiya üçün qorxulu yuxu...

DÜNYA
11:25 / 10.05.2022
936

"Rusiya Ukraynanı işğal etmək, onun qəhrəman xalqını məhv etmək kimi planlar qursa da, biz Rusiyanın dəfnini gözləyirik. Ukraynalılar üçün azadlıq həyatdan önəmlidir. Bunu Rusiya anlaya bilməz, çünki özü terror dövlətidir".

HİT.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Ukrayna ilə müharibə göstərdi ki, Rusiya ordusu haqqında deyilənlər miflərdən və saxta məlumatlardan başqa bir şey deyilmiş:

"Qərb və ABŞ Rusiyanın planlarını məhv etmək üçün onun tam təcrid olunmasına və protektoratlarının parçalanmasına qədər Ukraynanı dəstəkləməyə davam edəcəklər. Çünki Rusiyanın terrorçu dövlətə çevrilməsində günahkar elə məhz ABŞ və Qərbdir.

Keçmişin səhvləri təkrarlana bilməz. Tarixin səhvlərini düzəltməyin vaxtıdır. Qərb öz tarixi səhvlərini düzəltməyin vaxtı olduğunu başa düşür. Eyni sözləri Fars körfəzi ölkələri üçün deyə bilmərəm.

Rusiyanın mayın 9-da Moskvada keçirilən Paradda hava hücumu sistemini və çox böyük texnikasını nümayiş etdirməməsi onun ordusunun böyük hissəsinin Ukraynada məhv edildiyi deməkdir. Artıq bizim üçün bunun heç bir fərqi yoxdur. Dünya kəşfiyyatı Rusiya haqqında, Kremlin qoşunları haqqında daha çox şey bilir. Və indi məlum olur ki, bu zamana kimi Rusiya ordusu haqqında deyilənlər miflərdən və saxta məlumatlardan başqa bir şey deyilmiş".

0