Rusiya: Finlandiya NATO-ya üzv olarsa, hərbi addımlar atacağıq

16:29 / 12.05.2022
1478

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Finlandiya NATO-ya daxil olarsa, Rusiya milli təhlükəsizliyinə təhdidləri dayandırmaq üçün həm hərbi, həm də digər cavab addımları atmalı olacaq.

Hit.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət etmə qərarı bu ölkənin xarici siyasətində "köklü dəyişiklik" kimi qiymətləndirilib.

Bəyanatda Finlandiyanın onilliklər boyu davam etdirdiyi hərbi bloklaşma siyasətinin Şimali Avropa regionunda sabitliyə xidmət etdiyi və Finlandiyanın təhlükəsizliyini təmin etdiyi bildirilib.

Qeyd edilir ki, Rusiyanın Finlandiyaya qarşı düşmənçilik niyyətinin olmadığına əminliyi Helsinkini hərbi bloklara qoşulmamaq siyasətini davam etdirməyin üstünlüklərinə inandırıb:

"Finlandiya tərəfini alyansa üzv olmaqdan başqa alternativin olmadığına qəti şəkildə inandıran NATO-nun məqsədi bəllidir: Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə qarşı hərbi təhlükə üçün daha bir qanad yaratmaq istəyirlər".

Bəyanatda Finlandiyanın ərazisini Rusiya ilə münaqişə zonasına çeviriləcəyinə işarə edilərək, aşağıdakı qiymətləndirmələri edilib:

“Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. Finlandiyanın NATO-ya daxil olması Şimali Avropa regionunda sabitliyi və təhlükəsizliyi qorumaqla Rusiya-Finlandiya ikitərəfli münasibətlərinə ciddi zərbə vuracaq. Rusiya bu kontekstdə milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər cavab addımları atmalı olacaq”.

Bəyanatda vurğulanıb ki, Finlandiyanın NATO-ya daxil olması onun beynəlxalq hüquqi öhdəliklərinin, xüsusilə tərəflərin ittifaqlara girməmək və onlardan birinə koalisiyaya qoşulmamaq öhdəliyini nəzərdə tutan 1947-ci il Paris Sülh Müqaviləsinin birbaşa pozulması olacaq.

Xəyal Abdullayev

0