Çerniqov vilayətinə raket zərbəsi: 8 ölü, 11 yaralı

DÜNYA
19:40 / 17.05.2022
734

Çerniqov vilayətində Desna kəndinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hit.Az bildirir ki, bu barədə UNİAN-a Dövlət Fövqəladə Hallar Xidmətinin Çerniqov vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

"Saat 11:00-a olan məlumata görə, raket atəşi nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb", - nazirlikdən bildirilib.

Hadisə yerində təcili tibbi yardım və xilasedicilər işlərini davam etdirirlər.

0