Bu şəxs evdə istehsal etdiyi elektrik enerjisinin 70 faizini satır - FOTOLAR

DÜNYA
12:04 / 18.05.2022
1554

Türkiyənin Kütahya şəhərində evinin damına quraşdırdığı günəş panelləri ilə elektrik enerjisi istehsal edən Nəzmi Eğret həm evinin elektrik enerjisini qarşılayır, həm də istehsal etdiyi enerjinin 70 faizini elektrik paylayıcı şirkətinə satır və gəlir əldə edir.

Təxminən 3 il əvvəl o, evinin damına günəş panelləri quraşdıraraq elektrik enerjisi istehsal etməyə başlayıb.

Zamanla panellərin sayını 18-ə çatdıran Eğret, saatda 5 kilovat/saat elektrik enerjisi istehsalına, gündəlik elektrik istehsalını isə 36 kilovat/saata çatdırıb. 

2019-cu ildə sınaqdan və qəbuldan sonra 3 ay ərzində istehsala başlayıb.

Eğret onu da bildirib ki, bu günə qədər ölkə iqtisadiyyatına 18 min kilovat/saat (kVt/saat) enerji qazandırıb./Manset.az

0