Baydenin qızı koronavirusa yoluxdu

DÜNYA
07:28 / 19.05.2022
1189

ABŞ Prezidenti Cozef Baydenin qızı Eşli Bayden koronavirusa yoluxub.

Hit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Baydenin qızının COVID-19 üçün verdiyi testin cavabı müsbət çıxıb.

40 yaşlı Eşlinin anası Cil Baydenlə birlikdə Mərkəzi Amerikaya gedəcəyi bildirilirdi. Onun atası ilə sonuncu dəfə nə vaxt əlaqə saxladığı hələlik məlum deyil.

0