Mayın 24-ü ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə atışma nəticəsində 19 şagird və 2 müəllim həlak olub.
Hit.Az qafqazinfo-ya istinadən xəbər verir ki, atışma nəticəsində həlak olanlardan biri də müəllim İrma Qarsiya olub. Lakin ailəyə daha bir faciə üz verib. Belə ki, İrma Qarsiyanın həyat yoldaşı Co Qarsiya xanımının vəfatına dözməyərək ürəktutmadan dünyasını dəyişib.
Bu barədə məlumatı isə cütlüyün qohumlarından biri sosial şəbəkədə paylaşıb. Bildirilir ki, Co Qarsiya mayın 26-sı faciə qurbanları üçün təşkil edilən memorialı ziyarət edib. O, evə geri döndükdə isə dünyasını dəyişib.
Co və İrma Qarsiya 24 il evli olub. Onların 4 övladı var.
Qeyd edək ki, bəzi məlumatlara görə, 18 uşaq və 3 böyük şəxs hadisənin qurbanı olub.