Dənizdə qorxulu mənzərə: Naməlum maddə sürətlə yayılır - VİDEO

DÜNYA
11:03 / 10.06.2022
1226

Baltik dənizinin İsveç və Finlandiya sahillərində naməlum sızıntı müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkələrin rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, naməlum maddə hər iki ölkənin sularında 30 kvadrat kilometr ərazini əhatə edir. Məlumata görə, sızıntının mənbəyi məlum olmasa da, hələlik təhdid kəsb etmir. Bununla belə yerli dairələr tədbirlər görüb.

Sudan nümunələr götürülüb. Araşdırmalardan sonra maddənin mənbəyini müəyyən etmək mümkün olacaq. Bölgədəki gəmilər və ərazidən keçən yük gəmiləri araşdırılır.

0