Ukraynada vəziyyət kəskinləşdi – Rus ordusu yeni əməliyyata başladı

DÜNYA
10:31 / 22.06.2022
773

Rusiya qoşunları Slavyanska hücumu bərpa etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İşğalçılar Slavyansk şəhərinə hücumun bərpasına şərait yaratmaq məqsədilə sistemli atəşlər və hücum əməliyyatları həyata keçirirlər”, - məlumatda deyilib.

Rus qüvvələrinin Xarkov istiqamətində Ukrayna ordusunun yerləşdiyi mövqeləri müəyyən etmək üçün hava kəşfiyyatı apardığı bildirilib. Ukrayna qoşunlarının Xarkov, Starıy Saltov, Rubijne və Çepil yaxınlığındakı mövqeləri intensiv artilleriya atəşinə tutulur.

Donetsk istiqamətində isə Rusiya ordusu Luqansk vilayətinə tam nəzarəti ələ keçirmək üçün səylərini Severodonetsk və Baxmut istiqamətlərinə yönəldib. Bundan başqa, Borivske və Voronove rayonlarına hücumun kəskinləşdiyi bildirilib.

1