Türkiyənin Səhiyyə naziri maska tələbi ilə bağlı suallara aydınlıq gətirib.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Səhiyyə Naziri COVİD-19 hadisələrinin artması ilə əlaqədar maska qadağasının geri qaytarılacağına dair sualı cavablayıb:
"Xəstəlik indi qrip kimidir. Amma COVİD-19 ölkədə risk yaratmağa davam edəcək. Risk qrupunda olanların şəxsi ehtiyat tədbirlərinə diqqət yetirmələri vacibdir: Böyük əhəmiyyət kəsb edən qrip artıq sosial narahatlığa səbəb olmaqdan çıxıb. Baxmayaraq ki, xəstələrin sayı artıb, amma pis günlər arxada qaldı"./azxeber.az