16:48 / 29.06.2022
777

Boris Conson Ərdoğanla türkcə zarafatlaşdı, Bayden güldü - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Liderlər Zirvəsi öncəsi ABŞ prezidenti Co Bayden və İngiltərə baş naziri Boris Consonla olan dialoqu diqqət çəkib.

Sfera.az bildirir ki, liderlərin söhbəti zamanı Conson Ərdoğana türk dilində “çox gözəlsən” deyib və bu, əyləncəli anlara səbəb olub. Ərdoğan qarşılığında ingiltərəli nazirə eyni sözləri deyəndə isə Bayden gülməyə başlayıb.

Üç liderin söhbəti zamanı baş verənlər kameralara anbaan əks olunub, Ərdoğanla Consonun dialoqu isə sosial mediada gündəmə çevrilib. Bir çox istifadəçi videonu paylaşaraq xoş söhbətə münasibət bildirib.

1