Uzunmüddətli fasilədən sonra Ermənistan Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin edilib.
HİT.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu vəzifəyə 29 yaşlı Aram Torosyan gətirilib.
Qeyd edək ki, onun sələfi Şuşan Stepanyan olub. Stepanyan Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabr ayında vəzifəsindən gedib.