Ərdoğan qələbəsini indidən elan etdi - \"Qarşımızı ala bilməzlər\"

15:57 / 20.09.2022
1456

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ mediasına müsahibəsində 2023-cü ildə keçiriləcək prezident seçkilərini dəyərləndirib.

Hit.az xəbər verir ki, Ərdoğan bildirib ki, xalq iqtidara inanır.

“Bizim seçkilərlə bağlı narahatlığımız yoxdur. Xalqımızın bizə inamı davam etdikcə qarşımızı ala bilməzlər. Çünki alternativimiz yoxdur. Mən xalqın dilini bilən biriyəm. Mitinqlərimizə, tədbirlərimizə on minlərlə insanı toplaya biliriksə bu, xalqın bizə olan inamını göstərir”. Ərdoğan Türkiyədə bəzi iqtisadi problemlərin olduğunu etiraf edib.

O bilidirib ki, bu problemlərin öhdəsindən gəlinəcək.

0