İranda öldürülən Nəcəfi bu videosu ilə gündəm olmuşdu...

DÜNYA
11:54 / 26.09.2022
1585

Xəbər verdiyimiz kimi, 20 yaşlı gənc qız Hədis Nəcəfi Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən güllələnərək öldürülüb.

"Qafqazinfo”nun məlumatına görə, Hədis Nəcəfinin qətlə yetirilməsi xarici mediada və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Belə ki, Nəcəfi İrandakı aksiyaların yeni simvoluna çevrilmişdi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Hədis Nəcəfinin saçlarını yığaraq aksiyaya qoşulması barədə görüntülər yayılıb. Onun hicabsız halda cəsarətlə aksiyaya qatılması böyük maraqla qarşılanmışdı.

Nəcəfinin ölümündən sonra sosial şəbəkələrdə “Məhsa Əmini ilə başladı, Hədis Nəcəfi ilə davam edir” kimi şüarlar səsləndirilib.

 

0