Türkiyəyə raket atıldı: 8 nəfər yaralandı

DÜNYA
22:13 / 20.11.2022
931

Terror təşkilatı YPG/PKK üzvlərinin Suriyanın şimalında atdığı raket Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.

Bölgəyə çoxlu sayda təcili yardım və təhlükəsizlik qüvvələri göndərilib.

Daxili İşlər Nazirliyinin son açıqlamasına görə, terror aktında 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb.

***

Suriyadan Türkiyənin Kilis əyalətinin Öncüpınar sərhəd-keçid məntəqəsinə atılan raket nəticəsində yaralananların sayı artıb.

Hücumda 7 polis əməkdaşı yaralanıb.

0