DÜNYA
00:28 / 21.11.2022
954

Məşhur iş adamının nəvəsi faciəvi şəkildə dünyasını dəyişdi

"Qalatasaray"ın önəmli adlarından olan Abdurrahim Albayrakın nəvəsi Batuhan Bostancı dünyasını dəyişib.

Hit.az xəbər verir ki, "Qalatasaray"ın önəmli adlarından olan Abdurrahim Albayrakın nəvəsi 15 yaşlı Batuhan Bostancı İstanbul Nişantaşı ticarət mərkəzinin 4-cü mərtəbəsindəki yemək bölməsində eyvandan yıxılaraq həyatını itirib.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Bostancının həyatını itirdiyi müəyyən olunub.

Bostancının "Qalatasaray"ın önəmli adlarından biri olan Abdurrahim Albayrakın nəvəsi olduğu öyrənilib.

0