Moskvada qarın hündürlüyü 38 sm-ə çatdı - 1989-cu ilin rekordu qırıldı

15:51 / 18.12.2022
1366

Rusiyanın paytaxtı Moskvada 33 illik qar rekordu qırılıb.

Hit.Az xəbər verir ki, hazırda paytaxtda qarın hündürlüyü 33-38 santimetrə çatır. Sonuncu dəfə Moskvada 1989-cu ildə 31 santimetr qar qeydə alınıb. 

Hazırda VDNX meteostansiyasının bazasında və Tuşinoda qarın hündürlüyü 33, Moskva vilayətinin Volokolamsk şəhərində 35, Balçuqda 38, Dmitrov və Pavlovski Posadda 39, Klində 40, Kolomnada 42 , Çerustidə isə 43 santimetrə çatır.

0