Cloe adlı qadın barədə xarici KİV-lərdə paylaşılan məlumat müzakirələrə səbəb olub.
Metbuat.az Mirror qəzetinə istinadən xəbər verir ki, gənc qadın 6400-cü ildən gəldiyini irəli sürüb. Qadın Finlandiya Milli Elmi Laboratoriyasında işlədiyini ifadə edib. Qadının iddiasına görə, gələcəyə gedən təkcə o deyil. Qadın bir neçə nəfərin gələcəyə getdiyini irəli sürüb. Qadının iddiasına görə, gələcəkdə Günəş Yer planetinə daha da yaxınlaşaq.
Buna görə də Yer planetində temperatur artacaq. O, orta temperaturun 40-70 dərəcə olacağını ifadə edib.
Qadın gələcəkdən gətirdiyini iddia etdiyi bitkini də nümayiş etdirib.