Ukraynanın daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub.
HİT.az TASS-a istinadən xəbər verir ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının yanında qəzaya düşməsi zamanı daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin həlak olub.
Helikopter qəzası nəticəsində ümumilikdə 16 nəfər ölüb. Ukrayna polisinin yaydığı məlumata görə, helikopterdə 9 nəfər olub. Qalan 7 nəfər isə ərazidə olan şəxslərdir.