Tatar: “Bu ağrı heç vaxt unudulmayacaq”

DÜNYA
14:37 / 02.03.2023
954

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyədə baş verən zəlzələlərin ağrılarının heç vaxt unudulmayacağını bildirib.

Ersin Tatar  Qaziantepdə səlahiyyətlilərlə görüşərək mətbuata açıqlamalar veib.

Prezident Tatar çıxışında fevralın 6-dan bu yana Türkiyə ilə birlikdə bu ağrını yaşadıqlarını ifadə edərək, əsrin fəlakətində on minlərlə insanın itkisindən dərin kədərləndiklərini bildirib.

Adıyamanda aralarında Gazimağusa TMK tələbələri də daxil olmaqla 35 Kipr  vətəndaşının şəhid olduğunu bildirən Tatar, digər zəlzələ bölgələrində də KKTC vətəndaşlarının həyatını itirdiyini bildirib.

Yaraların ən qısa zamanda sağalmasının, milli birlik və həmrəyliyin qorunub saxlanmasının vacibliyini bildirən Prezident Tatar, zəlzələ bölgələrində fövqəladə səylər və fövqəlbəşər səylər göstərildiyini vurğuladı.

Bu fəlakətdən daha güclü çıxmağı arzuladığını ifadə edən prezident Tatar, zəlzələ bölgələrində vətəndaşların ağrısını paylaşdıqlarını qeyd etdi.

Zəlzələ qurbanlarının KKTC-də qonaq edildiyini ifadə edən prezident Tatar, ilk gündən zəlzələ qurbanlarının KKTC-dəki kampaniyalarla dəstəkləndiyini bildirib.

“Ətimiz, dırnağımız bir, dərdimiz bir” deyən Tatar ürəklərinin hər zaman Türkiyə ilə olduğunu qeyd edib. Türk millətinin ən qısa zamanda yaralarını sağaldacağını dilə gətirən Tatar, normal həyatın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Prezident Ersin Tatar Türkiyənin zəlzələ bölgələrinə başsağlığı ziyarəti çərçivəsində Qaziantepdən sonra Kahramanmaraş’a gedib, Sütçü İmam Universitetinin Avşar kampusunda yerləşən Karacasu Konteyner Şəhəri və Çadır Şəhəri ziyarət edib.

Zəlzələ qurbanları ilə bir araya gələrək onlara şəfa diləyən Tatar uşaqlarla da vaxt keçirib. Başçı Tatar, Konteyner Şəhər və Çadır Şəhər yaşayış sahələrində vətəndaşlarla söhbət etdi.

0